"Qalatasaray"da yeni hücumçu - RƏSMƏN AÇIQLANDI

01:39 31 Yanvar 2019

"Qalatasaray" və "Kasımpaşa" hücumçu Mbaye Dianyenin transferində ortaq məxrəcə gəlib. 

 

Sportarena.az xəbər verir ki, "sarı-qırmızılılar" keçidi sosial media hesabından rəsmən açıqlayıblar. Bildirək ki, 27 yaşlı futbolçu cari mövsümdə Superliqada forma geyindiyi 17 matçda 20 qol vurub, 2 məhsuldar ötürməylə yadda qalıb.


Xəbər xətti