“Vilyarreal” yenə Kalyehaya tapşırıldı

14:45 31 Yanvar 2019

İspaniyanın “Vilyarreal” futbol klubuna yeni baş məşqçi təyin edilib.

 

Sportarena.az xəbər verir ki, komanda sabiq baş məşqçi Xavyer Kalyehaya tapşırılıb.İstefaya göndərilən Luis Qarsianı əvəzləyəcək Kalyeha “Vilyarreal”ın uğursuzluq seriyasını dayandırmalıdır.

 

Qeyd edək ki, 21 turdan sonra komanda 18 xalla turnir cədvəlinin 19-cu pilləsindədir.


Xəbər xətti