"Şerif"in hücumçusunun “Neftçi”yə keçidi baş tutmadı

15:00 31 Yanvar 2019

Moldovanın “Şerif” klubunun futbolçusu Zigi Badibanqanın “Neftçi”yə keçidi baş tutmayıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 27 yaşlı belçikalı hücumçunun özü və klubu ilə maliyyə şərtlərində anlaşma əldə olunmayıb. Konqo əsilli forvardın 2017-ci ilin fevralından formasını geyindiyi “Şerif”lə bu ilin iyununa qədər müqaviləsi var.

 

Badibanqa “Şerif”də “Neftçi”nin hazırkı baş məşqçisi Roberto Bordinin rəhbərliyi altında da oynayıb. Bu səbəbdən, italiyalı mütəxəssis potensialına bələd olduğu hücumçunu təkrarən sərəncamında görmək istəyirdi.

 

Qeyd edək ki, Zigi Badibanqa 2017-ci ildə Çempionlar Liqasının III təsnifat və ötən il Avropa Liqasının pley-off matçlarında “Qarabağ”a qarşı forma geyinib. O, 2017-ci il avqustun 1-də Tiraspolda ağdamlılara 1:2 hesabı ilə uduzduqları görüşdə komandasının yeganə qoluna imza atıb.  


Xəbər xətti