Qadın idmançı tül geyimdə bütün bədənini nümayiş etdirdi - FOTOFAKT

17:25 31 Yanvar 2019

Rusiyalı idmançı Aleksandra Stepanova tənqid və təhqirlərin hədəfinə çevrilib.

 

Sportarena.az xəbər verir ki, fiqurlu konkisürən 23 yaşlı idmançı Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında meydançaya tamamilə tül geyimdə çıxıb.

 

Turnirin gümüş medalını qazanan Aleksandra və partnyoru İvan Bukin duyğusal bir musiqinin müşayiəti ilə şoularını göstərərək tamaşaçıların alqışını qazanıb. Lakin müxtəlif cəsarətli və estetik hərəkətlər edən Aleksandranın bu geyimdəki performansı bir çoxu tərəfindən qınanılıb.



Digər xəbərlər

Xəbər xətti