"Neftçi" sifariş ərizəsini TƏQDİM ETDİ

18:19 31 Yanvar 2019

"Neftçi" mövsümün ikinci yarısı üçün yeni iştirak ərizəsini Peşəkar Futbol Liqasına göndərib.

 

Sportarena.az xəbər verir ki, çempionatın liderinin siyahısında 5 yeni futbolçu yer alıb. Komanda mövsümün ikinci yarısı üçün Mamadu Mboc ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ") və Vangellis Platellası (OFİ, Yunanıstan) sifariş verib.

 

Paytaxt təmsilçisinin icarəyə verdiyi Kvame Karikari ("Əl-Oruba", BƏƏ - icarə), eləcə də yollarını ayırdığı Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Dario Frederiko ("Tequ", Cənubi Koreya) və Slavko Braliç siyahıda yer almayıb. 


Xəbər xətti