Azərbaycan “Formula-1”ə 60 milyon dollar xərcləyəcək? - AÇIQLAMA

22:35 31 Yanvar 2019

Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib. Nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edib.

 

Sportarena.az xəbər verir ki, Bakıdakı “Formula-1” yarışını təşkil edən “Baku City Circuit” qəzetdə dərc olunmuş yazı ilə bağlı bəyanat yayıb.Bəyanatda yayılan xəbərin əsassız olduğu bildirilib: “Rusiya KİV-ində dərc olunan məlumat qeyri-rəsmidir və heç bir əsası yoxdur. Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz.

 

Onu da bildiririk ki, müqavilə üzrə “Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur”. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti