Həbib realiti-şou aparıcısı olacaq

23:10 31 Yanvar 2019

UFC tərəfindən 9 aylıq diskvalifikasiya alan döyüşçü Həbib Nurməhəmmədov Qazaxıstanda realiti-şouya aparıcılıq edəcək.

 

Sportarena.az xəbər verir ki, Həbib “The Nomads” layihəsinin ikinci mövsüm aparıcısı olacaq. Verilişdə məşhur idmançılar güc yarışı göstərir və intellektual müsabiqədə iştirak edirlər.

 

Qeyd edək ki, proqramın ilk mövsümünün aparıcısı olimpiya çempionu Bəxtiyar Artayev olub.


Xəbər xətti