Qətərdən tarixi zəfər - FOTOLAR + VİDEO

11:13 2 Fevral 2019

Asiya kubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən turnirin finalında Yaponiya və Qətər milliləri qarşılaşıb.Qətər güclü rəqibini 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Asiya çempionu olub.

 

Qətər turnirdə bütün oyunları qalib başa vuran ilk çempion kimi də tarixi düşüb. Bu komanda turnir ərzində keçirdiyi 7 oyunda 19 qol vurub, qapısında isə cəmi bir qol görüb. Həmin qolu da finalda Yaponiya vurub.

 

 



Digər xəbərlər

Xəbər xətti