“Fənərbağça” tilsimi qırdı - Ardıcıl ikinci qələbə + VİDEO

11:27 2 Fevral 2019

Mövsümün ilk dövrəsində biabırçı nəticələr əldə edərək son pillələrdə yer alan “Fənərbağça” klubu son matçlarda özünə gəlməyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, “sarı-lacivərdlilər” 20-ci turun açılış matçında “Göztəpə”ni qəbul edib və matçdan 2:0 hesabı ilə qalib ayrılıb.Ardıcıl 2-ci qələbəsini qazanan İstanbul təmsilçisi xalını 23-ə çatdırıb və 12-ci pilləyə yüksəlib. 3 oyundur məğlub olan “Göztəpə” isə 22 xalla 13-cü pilləyə enib.

 

Qeyd edək ki, “Fənərbağça” son 5 oyunda məğlub olmayıb - 2 qələbə, 3 bərabərlik.

 

“Fənərbağça” - “Göztəpə” - 2:0

Qollar: Andre Ayu, 7, Viktor Mozes, 73

Qırmzı vərəqə: Jerom, 50 (“Göztəpə”)

 

 


Xəbər xətti