Azərbaycan klublarının kasıb futbolçu bazarlığı - VİDEO

15:43 2 Fevral 2019

Azərbaycan klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, ötən il klublarımız transferlərə 2,1 milyon dollar xərcləyiblər.Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981 milyon dollarla İngiltərə klubları başçılıq edir.

 

İspaniya klubları 1 milyard 352 milyon dollarla ikincidir. Futbolçu transferinə 849 milyon dollar xərcləmiş İtaliya klubları isə bu göstərici ilə üçüncü yerdə dayanır.

 

Azərbaycan klublarının transfer gəlirləri isə 1,4 milyon dollar təşkil edib. Ölkəmiz bu göstəricidə 73-cü sıradadı.Gəlirə görə birinci yeri 936 milyon dollarla Fransa tutur. Növbəti 2 pillədə İngiltərə və İspaniya kollketivləri qərarlaşıb.Ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6 faiz azalıb.

 

 


Xəbər xətti