“Neftçi”dən dedilər ki, bizə bilet satın" - "Qarabağ"dan AÇIQLAMA

14:55 2 Fevral 2019

Azərbaycan Premyer Liqasının növbəti turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu yalnız qonaq komandanın azarkeşləri üçün pullu olacaq.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” azarkeşləri bu oyunu biletsiz izləyə biləcəyi halda, qonaq komandanın tərəfdarları bilet almalı olacaq.Məsələylə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbarhimovun fikirlərini öyrəndik:

 

“Bizim onlarla əvvəldən centlmensayağı razılaşmamız var idi, bir-birimizi biletlə təmin edirdik. Bu dəfə isə dedilər ki, “biz bunu edə bilmərik, siz bizə bilet satın, biz də sizə bilet satacağıq”.

 

“Qarabağ” – “Neftçi” oyunu sabah, saat 18:30-da start götürəcək. (komanda.az)


Digər xəbərlər

Xəbər xətti