"Neftçi" azarkeşlərinin dəstəyi ilə məşq etdi

00:19 3 Fevral 2019

"Neftçi” Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığını başa vurub.

 

Sportarena.az xəbər verir ki, komanda "Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Stadiona gələn “Neftçi” azarkeşləri "Qarabağ”la oyun ərəfəsində komanda üzvlərinə dəstək veriblər.


 

Xatırladaq ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 18:30-da başlanacaq. Oyunu izləmək üçün “Neftçi” azarkeşlərinə stadionun 5-ci və 6-cı sektorlarında yer ayrılacaq. Komandan fanatları üçün giriş biletlə olacaq. Bilet satışı oyun günü saat 15:00-dan etibarən həmin stadionda həyata keçiriləcək. Biletlərin qiymətinin 1 AZN olacağı nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti