Türkiyə çempionatı: "Qalatasaray" xal itirdi

01:12 3 Fevral 2019

Türkiyə Superliqasında XX turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, "Qalatasaray" bu tur səfərdə "Alanyaspor"un qonağı olub və matç 1:1-lik bərabərliklə yekunlaşıb. "Trabzonspor" öz meydanında "Ankaragücü"nü minimal hesabla məğlub edib. "Kasımpaşa" "Sivasspor"a uduzub - 1:3. "Yeni Malatyaspor" - "Kayserispor" oyunu isə 1:1 hesabı ilə başa çatıb.


Xəbər xətti