“Çatışmazlıqlar var, bir neçə matça daha da hazır olacağıq” - Qurban Qurbanov

22:23 3 Fevral 2019

“Maraqlı oyun alındı. Bunu əsl derbi adlandırmaq olar. Hər iki komanda qələbə qazanmaq istəyirdi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə 1:1-lik bərabərlikdən sonra deyib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib:

“Azarkeşlərə və futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmasaq da, yaxşı oyun nümayiş etdirdik. Gələcək oyunlara hazırlaşmalıyıq”.

 

- Komandanızın hazır olmadığı görünürdü.

- Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə matça daha da hazır olacağıq”.

 

- Fasilədən əvvəlki “Neftçi” ilə indiki komanda arasında hansı fərqlər var?

- Fikir bildirmək tez olar. “Neftçi”də ilk dövrələrdəki qalib ruhu hiss olundu.

 

- Nəticəni uğurlu hesab edirsinizmi?

- Əlbəttə, qalib gəlsəyik, yaxşı olardı. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq. Rəqib 3 xallıq fərqi saxlaya bildi. Nəticədən razıyıq.

 

- Almeydanın oyunu sizi qane etdi?

- Bəli. Ümumiyyətlə, bütün futbolçularımdan razı qaldım.


Digər xəbərlər

Xəbər xətti