Premyer Liqada XVI turun oyunlarının başlama saatı məlum oldu

10:35 5 Fevral 2019

Topaz Premyer Liqada XVI turun oyunlarının başlama saatı açıqlanıb.

 

Sportarena.az "CBC Sport” telekanalının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tura fevralın 9-da keçiriləcək "Sabah” – "Qəbələ” matçı ilə start veriləcək. Görüş saat 16:00-da start götürəcək. Günün ikinci qarşılaşması isə "Sumqayıt”la "Qarabağ” arasında olacaq. Həmin matçın başlama saatı isə 18:30-dur.

 

Turun digər iki görüşü isə fevralın 10-da olacaq. Saat 16:00-da "Bayıl Arena”da "Səbail” və "Zirə” komandaları qarşılaşacaqlar. Tura "Neftçi” – "Keşlə” matçı ilə yekun vurulacaq. Paytaxt derbisi 18:30-da start götürəcək.

 

9 fevral

16:00. "Sabah” – "Qəbələ”

"Əlincə arena”

 

18:30. "Sumqayıt” – "Qarabağ”

"Kapital Bank arena”

 

10 fevral

16:00. "Səbail" - "Zirə”

"Bayıl Arena”

 

18:30. "Neftçi" – "Keşlə”

"Bakcell Arena”


Digər xəbərlər

Xəbər xətti