“Formula 1”ə hazırlıqla bağlı paytaxt sakinlərinə XƏBƏRDARLIQ

02:08 6 Fevral 2019

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.

 

Qurumdan Sportarena.az-a verilən məlumata görə, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur: “Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır”.

 

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26 – 28 apreldə keçiriləcək.


Xəbər xətti