Ronaldonun qol vura bilmədiyi komanda - Azərbaycan millisi + VİDEO

23:28 5 Fevral 2019

Bu gün dünya futbolunun ulduzlarından Kriştiano Ronaldonun doğum günüdür.
 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, hazırda "Yuventus"da çıxış edən hücumçunun 34 yaşı tamam olur. 2003-cü ildən formasını geyindiyi Portuqaliya millisində 154 görüş keçirən futbolçu karyerası ərzində Azərbaycan yığmasına qarşı da oynayıb. İlk dəfə 2006-cı ildə millimizlə üz-üzə gələn superulduz komandamıza qarşı hələlik son oyununu 2012-ci il, noyabrın 9-da Avro-2012-nin seçmə mərhələsində keçirib. Maraqlıdır ki, Kriştiano bu matçlarda yığmamızın qapısına qol vura bilməyib. Yalnız 2006-cı ildə keçirilən görüşdə o, akrobatik zərbə ilə fərqlənsə də, hakim qolu qeydə almamışdı.


Aşağıda təqdim etdiyimiz videoda Ronaldonun Avro-2012-nin seçmə mərhələsində millimizlə oyunundan (3:0) maraqlı görüntüləri yer alıb. 

 

 


Xəbər xətti