“Borussiya” və “Bayer” kubokla vidalaşdı - VİDEO

11:55 6 Fevral 2019

Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, ölkə çempionatının lideri və kubokun da əsas favoritlərindən olan Dortmund “Borussiya”sı gözlənilmədən məğlub olub.“Verder”ə qarşı keçirilən matçın əsas vaxtı 1:1 bitib. Əlavə vaxtda isə tərəflər hərəyə 2 qol vurublar və 120 dəqiqə 3:3 başa çatıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan “Verder” qalib gəlib və növbəti mərhələyə yüksəlib.

 

“Borussiya” (Dortmund) - “Verder" - 3:3 (əsas və əlavə vaxt)

Penaltilər seriyasında - 2:4

Qollar: M. Raşitsa, 4 (0:1), M. Roys, 45 (1:1), K. Pulişiç, 105 (2:1), K. Pizarro, 108 (2:2), Ə. Hakimi, 113 (3:2), M. Harnik, 119 (3:3)

  

“Bayer” isə ikinci bundesliqa təmsilçisi ilə bacarmayıb. “Haydenhaym”la Leverkuzen təmsilçisini 2:1 hesabı ilə məğlub edərək sensasiyaya imza atıb.

“Haydenhaym” - “Bayer” - 2:1

Qollar: Y. Brandt, 44 (0:1), N. Dovedan, 47 (1:1), M. Multaup, 72 (2:1)

 

 


Digər xəbərlər

Xəbər xətti