Arda Turan iflas etdi - 3 milyon...

18:22 6 Fevral 2019

Türkiyəli məşhur futbolçu Arda Turan iflas edib.

 

Sportarena.az xəbər verir ki, futbolçunun “yeni nəsil restoran” konsepti ilə 3 milyon TL-yə açdığı “Arxiv” restoranı bağlanıb.“Barselona” forması geyindiyi dövrlərdə açdığı restoran hədəflədiyi elit müştəri kütləsinə çata bilməyib. Buna görə də ziyana düşməyə başlayıb.

 

Arda Turan restoranı şəbəkə halına gətirib Avropada şöbələrini açmaq niyyətində idi.

 

Qeyd edək ki, bundan öncə Arda Turanın adı müğənni Bərkayın həyat yoldaşı ilə qalmaqallarda çəkilirdi.


Digər xəbərlər

Xəbər xətti