AFFA finalla bağlı tender elan etdi

21:00 6 Fevral 2019

AFFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda fəaliyyət göstərəcək könüllülər, stüardlar və digər əməkdaşlar üçün müvafiq geyim dəstlərinin alınması ilə bağlı tender elan edib.

 

Sportarena.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər təkliflərini və "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 20 fevral 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.

 

Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.

 

Qeyd edək ki, final oyunu mayın 29-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti