İnfantino prezident postuna yeganə namizəd oldu

10:16 7 Fevral 2019

Beynəlxalq Futbol Federasiyasının üzvləri olan milli assosiasiyalar FİFA-nın prezidenti postuna hazırda bu vəzifəni icra edən Canni İnfantinonu yeganə namizəd kimi göstəriblər.

 

Sportarena.az “İnterfaks”a istinadən xəbər verir ki, seçkilər iyunun 5-də FİFA-nın 69-cu konqresi çərçivəsində keçiriləcək. 

 

İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. Daha əvvəl “Tottenhem”in və İsveçrə millisinin sabiq oyunçusu Ramon Veqa bu posta namizədliyini irəli sürmüşdü. Ancaq o, FİFA-nın federasiya üzvləri tərəfindən lazımi dəstəyi almamışdı.


Digər xəbərlər

Xəbər xətti