Parataekvondoçularımızdan daha iki medal

12:55 7 Fevral 2019

Türkiyənin Antalya şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatının son günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Elimxan Manafov bürünc medala sahib olub. Eyni çəkidə yarışan komandanın kapitanı Nicat Müslümov isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.


Xəbər xətti