FIFA ilin ilk reytinq cədvəlini açıqladı: Millimiz GERİLƏDİ

14:01 7 Fevral 2019

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ili 107-ci yerdə başa vuran yığmamız hazırda 108-ci sırada qərarlaşıb. Millinin xal hesabında isə dəyişiklik baş verməyib - 1206.

 

Azərbaycanın ən yaxın qonşuları Niger (109) və Madaqaskar yığmalarıdır (107).

 

Millinin AÇ-2020-nin seçmə mərhələ rəqibləri arasında ən yaxşı göstərici Xorvatiyaya məxsusdur. Son dünya ikincisi 4-cü pillədə qərarlaşıb. Uels 19-cu, Slovakiya 29-cu (-1), Macarıstan 52-ci yerdədir (-2).

 

Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdür.


Xəbər xətti