İtaliyalı hücumçu "Neftçi"nin formasını nə vaxt geyinəcək?

11:08 8 Fevral 2019

“Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı “Keşlə” ilə oyuna hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın son transferi Canluka Sansone də kollektivlə birlikdə hazırlıqda iştirak edir.

 

İtaliyalı hücumçu qarşıdakı turda meydana çıxmağa da hazırdı. Artıq buna heç bir əngəl qalmayıb. Çünki "Neftçi" 32 yaşlı forvardın adını Peşəkar Futbol Liqasına sifariş edib.

 

Baş məşqçi Roberto Bordin şans versə, həmyerlisi Azərbaycan Premyer Liqasında iştirak edən ilk italiyalı kimi tarixə düşəcək.

 

"Neftçi" - "Keşlə" oyunu fevralın 10-da 8-ci km stadionunda keçiriləcək.


Xəbər xətti