Təyyarə ilə itkin düşən futbolçunun cəsədi tapıldı - FOTOLAR

11:42 8 Fevral 2019

Fransanın “Nant” klubundan Uelsin “Kardif” klubuna transfer olunan Emiliano Salanın qəzaya uğradığı təyyarədən iki cəsəd çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, cəsədlər tibbi ekspertizadan keçirildikdən sonra onların 59 yaşlı pilot David İbbotsona və futbolçu Emiliano Salaya məxsus olduğu dəqiqləşib.

 

Xatırladaq ki, Salanı yanvarın 22-si Fransadan Kardiffə aparan xüsusi təyyarə radardan itib.  Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olub. Təyyarənin qalıqları 4 gün öncə boğazın 67 metr dərinliyində tapılıb.

 

Qeyd edək ki, 28 yaşlı Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi (15 milyon funt-sterlinq) kimi klub tarixinə düşmüşdü. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı.



Digər xəbərlər

Xəbər xətti