UEFA prezidenti Çempionlar Liqasından ayrılmaq niyyəti olan klubları hədələdi

12:45 8 Fevral 2019

Dünən İtaliyanın paytaxtı Romada UEFA prezidentliyinə seçkilər keçirildi.

 

Sportarena.az xəbər verir ki, yeganə namizəd olan hazırkı prezident Aleksandr Çeferin yenidən 4 il müddətinə UEFA-ya rəhbərlik etmək hüququ qazanıb.

 

Maraqlıdı ki, seçkilərdən sonrakı ilk çıxışında köhnə-yeni prezident Çempionlar Liqasından ayrılmaq niyyəti olan klubları hədələyib:

 

"Nə qədər ki, mən burdayam Super Liqa və ya hansısa alternativ turnir keçirilməyəcək. Çempionlar Liqasından ayrılan klublar azarkeşlərin gözündən düşəcək, böyük klub adını itirəcəklər. Çünki onların böyüklüyü keçmişləridi. Həmin keçmiş isə Çempionlar Liqası ilə bağlıdı”.


Xəbər xətti