Qurban Qurbanov Reynaldoya XƏBƏRDARLIQ ETDİ - Yaya kimi vaxtı var

12:25 8 Fevral 2019

Müəyyən fasilədən sonra yenidən "Qarabağ"a qayıdan Reynaldi gələr-gəlməz yenidən zədələndi və "Neftçi" ilə oyunu buraxdı.

 

Sportarena.az xəbər verir ki, braziliyalıda daha öncələr də belə zədələr olub.

 

Hazırkı durum baş məşqçi Qurban Qurbanovu da özündən çıxardıb. Üstəlik, "Neftçi" ilə oyunda vacib iki xal itirilib. Əldə etdiyimiz məlumata görə, Qurbanov Reynaıdo ilə ciddi söhbət edib və onu son dəfə məsuliyyətli olmağa və intizama dəvət edib. Bundan başqa, hücumçunun  yaya kimi vaxtı var. Bu müddətdə öz oyunu ilə yenidən özünü sübut etməlidir. Əks halda mövsüm başa çatan  kimi, komandadan göndəriləcək. (record.az)


Digər xəbərlər

Xəbər xətti