Ən çox maaş alan futbolçular kimlərdir? - SİYAHI

Sportarena.az      8 Fevral 2018, 15:22

 Avropanın 5 aparıcı çempionatında çıxış edən yüksək ödənişli futboçuların siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Fransanın “L’Équipe” nəşrinin açıqladığı siyahıya “Barselona”nın ulduz futbolçusu Lionel Messi başçılıq edir. Argentinalı aylıq 8,3 milyon avro qazanır. “Yuventus”un hücumçusu Kiriştiano Ronaldonun aylıq qazancı isə 4,7 milyon avro təşkil edir.3-cü sırada isə Madrid “Atletiko”sunun üzvü Antuan Qrizmanndır. Fransız forvard 3,3 milyon qazanır.

 

Neymar (PSJ) – 3,06, Luis Suarez (“Barselona”) – 2,9, Qaret Beyl (“Real”) – 2,5, Filippe Koutinyo (“Barselona”) – 2,3, Aleksis Sançes (“Mançester Yunayted”) – 2,28, Kilian Mbappe – (PSJ) – 1,73, Mesut Özil (“Arsenal”) – 1,6 milyon avro aylıq gəlir əldə edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin