Məşhur futbol klubunun bazasında yanğın - 10 ölü

16:09 8 Fevral 2019

Braziliyanın “Flamenqo” klubunun təlim-məşq bazasında yanğın baş verib.

 

Sportarena.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində 10 nəfər ölüb, iki nəfər isə yaralanıb. Ölənlər arasında futbolçuların olub-olmaması barədə hələlik məlumat yoxdur.

 

Qeyd edək ki, hadisə klubun yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda olub.


Digər xəbərlər

Xəbər xətti