Millinin üzvü həbs edildi

18:05 9 Fevral 2019

Çexiya millisinin sabiq oyunçusu Tomaş Rjepka həbs olunub.  

 

Sportarena.az xəbər verir ki, “Sparta”, “Fiorentina”, və “Vest Hem” kimi klublarda oynamış müdafiəçi fırıldaqçılığa görə 15 aylığa azadlıqdan məhrum edilib.2016-cı ilin dekabrında bahalı avtomobili icarəyə götürən Rjepka bir müddətdən sonra onu satıb. O, avtomobilin yeni sahibinin adına keçməsindən sonra borcu ödəyəcəyinə söz verib.  Lakin sabiq futbolçunun ödəniş etməməsi həbsinə rəvac verib. 

 

Bu, Tomaşın hüquq-mühafizə orqanları ilə ilk problemi deyil. Bir neçə il əvvəl keçmiş həyat yoldaşının seks xidmətinin reklamı da ona baha başa gəlib. 


Xəbər xətti