"Qarabağ"dan Rail Məlikova təşəkkür - FOTOFAKT

Sportarena.az      10 Fevral 2018, 11:15

"Qarabağ" "Sumqayıt"ın müdafiəçisi Rail Məlikova təşəkkür edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu təcrübəli oyunçunun Azərbaycan Premyer Liqasının XVI turunda bu komandalar arasında baş tutan matçdakı davranışına biganə qalmayıb.

 

"Qarabağ" sosial şəbəkə hesabı vasitəsilə ötən gün keçirilən qarşılaşmada Rail Məlikovun "atlılar"ın lehinə olan epizodla bağlı doğru qərar qəbul edməkdə hakimə kömək etdiyinə görə təşəkkürünü bildirib.

 

Sözügedən oyunun 20-ci dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top "Sumqayıt"ın qapısından keçsə də, tor deşik olduğundan çölə çıxıb. Bundan sonra qərarsız qalan matçın baş hakimi Orxan Məmmədova doğru qərar verməkdə Rail Məlikov kömək edib. Məhz o, topun qapıdan keçdiyini söyləyib.

 

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsiylə başa çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin