“Mançester Siti” “Çelsi”ni biabır etdi - FOTOLAR + VİDEO

23:35 10 Fevral 2019

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bazar günü daha iki görüş baş tutub. Turun mərkəzi görüşü Mançesterdə olub. “Mançester Siti” öz meydanında “Çelsi”ni qəbul edib. London klubu son çempiona 6 cavabsız qolla uduzub.

 

Günün digər oyununda “Tottenhem” doğma meydanda “Lester” üzərində inamlı qələbəyə sevinib.

 

İngiltərə Premyer Liqası

Tottenhem – Lester 3:1
Qol: D.Sançes, 33. Eriksen, 63. S.H.Min, 90 – Vardi, 76.

Mançester Siti – Çelsi 6:0
Qol: Sterlinq, 4; 80. Aquero, 13; 19; 56-pen. İ.Gündoğan, 25.

 

 



Digər xəbərlər

Xəbər xətti