PSJ-dən türk futbolçuya böyük şans - Çempionlar Liqası heyətinə daxil edildi

00:41 11 Fevral 2019

PSJ türk futbolçusu Mətəxan Güclünü Çempionar Liqasında iştirak etmək üçün UEFA-ya təqdim etdiyi siyahıya daxil edib.

 

Sportarena.az xəbər verir ki, PSJ-nin akademiyasında yetişən 19 yaşlı hücumçu şans veriləcəyi təqdirdə 12 fevralda “Mançester Yunayted”ə qarşı forma geyinə biləcək.Həm Türkiyə, həm də Fransa vətəndaşlığı olan gənc futbolçu PSJ-nin müxtəlif yaş qruplarında forma geyinib. 2017-ci ildən klubun B komandasında çıxış edir, bu mövsümdən etibarən isə əsas heyətlə məşqlərə çıxır.

 

Mətəxan Güclü milli komanda seçimini isə Türkiyəyə edib. O, “ay-ulduzlular”ın U-17, U-18 və U-19 heyətlərində 12 oyunda 3 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti