Mövsümün 150-ci qolu, Eminin ilk dublu

Sportarena.az      11 Fevral 2018, 13:23

Topaz Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

 

Sportarena.az xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” qarşılaşmasında hesabı açan Emin Mahmudov imza atıb.

 

Xatırladaq ki, mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun “Qəbələ” – “Qarabağ” görüşünə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

 

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin