Ronaldo komanda yoldaşını “nokdaun”a saldı - VİDEO

14:30 11 Fevral 2019

“Yuventus” futbol klubunun şərəfini qoruyan Kriştiano Ronaldo İtaliya çempionatı çərçivəsində “Sassuolo” klubuna qarşı keçirilən matçda topa vurduğu güclü zərbə ilə komanda yoldaşı Sami Xediranı “nokdauna” salıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı forvard cərimə meydançası yaxınlığında ötürmə qəbul edir və tələsik zərbə endirən zaman sürətlə hərəkət edən top Xediranın başına tuş gəlir. Zərbənin gücündən alman futbolçu qazona yıxılır.

 

Qeyd edək ki, həmin oyunda “Yuventus” rəqibi “Sassuolo”nu 3:0 hesabı ilə darmadağın edib. Matçda həm Ronaldo, həm də Xedira fərqlənib. 

 

 


Xəbər xətti