Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi - SON DURUM

20:59 11 Fevral 2019

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

 

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.



Digər xəbərlər

Xəbər xətti