Zabit Səmədov Bakıda idman məktəbi açdı - FOTOLAR

Sportarena.az      11 Fevral 2018, 23:47

Bu gün K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov idman məktəbinin açılışını edib.

 

Sportarena.az xəbər verir ki, məkan Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında faəliyyət göstərəcək.Açılış mərasimində rəsmi şəxslər, tanınmış idmançılar, incəsənət nümayəndələri və başqaları iştirak edib. Tədbirə Z. Səmədov oğlu Mübariz və qızı Sibellə birgə gəlib. Tədbirə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev də qatılıb. O, Z. Səmədovla birgə açılış lentini kəsib.

 

Daha sonra zalla tanışlıq baş tutub. Aparıcı Murad Dadaşov “Zabit Səmədov döyüş məktəbi” barədə məlumat verib, 6 yaşından yuxarı hər kəsin bura üzv olacağını qeyd edib. Z. Səmədov isə mətbuata açıqlamasında döyüş məktəbinə mart ayından xarici idmançılarn müəllim kimi dəvət olunacağını bildirib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin