Təyyarə qəzası: futbolçunun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Sportarena.az      11 Fevral 2018, 23:55

Təyyarə qəzasından sonra dünyasını dəyişən İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın ölüm səbəbi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, argentinalı oyunçu baş və bədən xəsarətləri nəticəsində ölüb.Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

 

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun cəsədi aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin