Çempionlar Liqasında 1/8 final mərhələsi: "Roma" və PSJ qələbə qazandı - YENİLƏNİB

02:00 13 Fevral 2019

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.PSJ böyük itkilərlə Ola Qunner Sulşerin rəhbərliyi altında möhtəşəm yüksəlişə keçən “Mançester Yunayted”ə qonaq olub. Bu oyunda Paris təmsilçisi zədəli olan Neymar və Kavani kimi futbolçularının xidmətindən istifadə edə bilməyəcək.

 

“Roma” isə öz meydanında “Porto”nu qəbul edib. Meydan sahiblərində türk futbolçu Cengiz Ündər zədə səbəbindən oynamayacaq.

 

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu 13, 19 və 20 fevral tarixlərində baş tutacaq.

 

12 fevral

00:00. “Roma” (İtaliya) - “Porto” (Portuqaliya) 2-1

00:00. “Mançester Yunayted” (İngiltərə) - PSJ (Fransa) 0-2


Digər xəbərlər

Xəbər xətti