Azərbaycan millisi İspaniyaya uduzdu - YENİLƏNİB

20:30 12 Fevral 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. 

 

Sportarena.az xəbər verir ki, Vüqar Məmmədin yetirmələri İspaniya toplanışında ilk sınağına çıxıb.

 

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan komandamız Mursiya şəhərindəki toplanışda İspaniya millisi ilə görüşüb. 3 yoxlama oyunu nəzərdə tutulan yığmamızın ilk sınağı Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

 

Qeyd edək ki, millimiz 2 gün sonra "Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

 

Yoxlama oyunu

12 fevral

 

20.00 İspaniya (U-19) - Azərbaycan (U-19)  2:0


Xəbər xətti