"Qarabağ" "Qəbələ" üçün başladı - FOTOLAR

02:16 13 Fevral 2019

Topaz Premyer Liqanın XVI turunun "Sumqayıt"la oyunundan (2:0) sonra istirahətə buraxılan "Qarabağ" dünən məşqləri bərpa edib.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 17-ci turda "Qəbələ" keçirəcəyi ev görüşünün hazırlığına start verib.

 

Fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 17:30-da başlayacaq.

 

"Qarabağ"ın dünənki məşq prosesindən hazırlanmış fotoları təqdim edirik:



Xəbər xətti