"Neftçi"nin sabiq futbolçusu İndoneziya klubunda

09:54 13 Fevral 2019

"Neftçi"nin sabiq futbolçusu Jairo Rodriqesin yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək. 26 yaşlı futbolçu Liqa 1-də çıxış edən "Persela" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Jairo 2015-2017-ci illərdə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 33 qarşılaşmada 3 qolla yadda qalıb. "Sambaçı"nın son klubu Yaponiya "Montedio"su olub.


Digər xəbərlər

Xəbər xətti