Yurçeviçin maaşı xorvatları təəccübləndirdi

11:44 13 Fevral 2019

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin illik maaşı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəssisin illik məvacibi 300 min avro (578,130 manat, aylıq 48 min manat) olacaq.Xəbərdə qeyd edilib ki, Yurçeviç Robert Prosineçkidən təxminən 3 dəfə az maaş alacaq. Mütəxəssisin məvacibinin belə az olması Xorvatiyada təəccüblə qarşılanıb. Qeyd edilib ki, Berti Foqts AFFA-dan 2 milyon avro məvacib alıb, lakin ortaya heç bir iş qoymayıb.Nikola Yurçeviç AFFA ilə 1 illik müqavilə imzalayıb. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti