"Neftçi"yə gəlməyən millinin sabiq hücumçusu üçün ŞOK ETİRAF

13:26 13 Fevral 2019

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Denis Oleynik yenidən diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, hazırda Finlandiyanın SJK klubunda çıxış edən 32 yaşlı hücumçunun keçmiş həyat yoldaşı ilə qalmaqalının növbəti səhnəsi daha geniş müstəvidə müzakirələrə səbəb olub.

 

Belə ki, sabiq model olan Zoryana Denisi şoka salan etiraf edib. O, evlilikdən olan üç uşağın ərindən deyil, başqa kişidən olduğunu bildirib.

 

Denis isə Zoryananın bu yazışmasını sosial şəbəkədəki səhifəsində paylaşıb. Oleynik vaxtilə karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub.

 

2008-ci ildə “Neftçi”yə keçidi gündəmdə olan futbolçu Kiyev “Arsenal”ına üstünlük verib.



Digər xəbərlər

Xəbər xətti