İran televiziyası "Mançester Yunayted"in embleminə SENZURA QOYDU

10:09 14 Fevral 2019

İran televiziyası "Mançester Yunayted"in embleminə senzura tətbiq edib.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə matça həsr olunan verilişdə İngiltərə klubunun embleminə müdaxilə olunub. Belə ki, emblemdəki qırmızı şeytan şəkli göstərilməyib.

 

Qeyd edək ki, daha əvvəl İranın dövlət televiziyası "Roma”nın iki uşağa süd verən canavar əks olunan embleminə də senzura tətbiq etmişdi.


Digər xəbərlər

Xəbər xətti