Futbol tarixində ən yaxşı qolkiperin adı açıqlandı

10:25 14 Fevral 2019

Fransanın “France Football” nəşri Lev Yaşini dünya futbol tarixində ən yaxşı qolkiper adlandırıb.

 

Sportarena.az xəbər verir ki, reytinqdə yer alan qolkiperlər arasında “Qızıl top” mükafatının yeganə sahibi məhz unudulmaz sovet qolkiperi Lev Yaşindir.Dünyanın ən yaxşı qolkiperlərinin siyahısının ilk beşliyində həmçinin ingilis Qordon Benks, italyanlar Dino Dzoff və Canluici Buffon, habelə alman Manuel Noyer yer alıb.


Xəbər xətti