Çempionlar Liqasında ilk dəfə VAR-dan istifadə edildi - FOTOLAR

12:18 14 Fevral 2019

UEFA Çempionlar Liqasının tarixində ilk dəfə hakimlərə videokömək sistemindən (VAR) “Ayaks” - “Real” matçında istifadə edilib.

 

Sportarena.az xəbər verir ki, matçın 38-ci dəqiqəsində “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonun 38-ci dəqiqədə vurduğu qol mübahisəli hesab edilib.Sloveniyalı baş hakim Damir Skomina VAR sisteminə müraciət edərək epizoda yenidən baxıb və qolu qeydə almayıb.Bununla da ÇL-də ilk dəfə bu sistem icra edilməyə başlayıb.

 

Qeyd edək ki, oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



Digər xəbərlər

Xəbər xətti