Elxan Məmmədov "Zirə" üzərində nəzarəti necə gücləndirir?

13:10 14 Fevral 2019

"Zirə" fevral ayından etbarən "Bakcell"lə əməkdaşlıq edəcək. Daha da dəqiq desək, sözügedən şirkət Zirə klubunun əsas sponsorlarından biri olacaq.

 

Sportarena.az sportinfo.az-a istinadla xəbər verir ki, "Bakcell"i "Zirə"yə calayan AFFA-nın baş katibi Elxan Məmmədovdur.

 

Belə ki, son zamanlar müəyyən qədər maliyyə sıxıntısı yaşayan "Zirə"yə yeni sponsor cəlb etməklə baş katib bu klub üzərində ciddi şəkildə nəzarət imkanı qazanıb.


Xəbər xətti