“Səbail” argentinalı hücumçu aldı

21:27 14 Fevral 2019

“Səbail” hücumçu transferi reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu argentinalı hücumçu İmanol İrriberini transfer edib. Forvard “dənizçilər”də 9 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, 31 yaşlı hücumçu daha çox Cənubi Amerika klublarında çıxış edib. Onun son klubu Venesuela "Deportivo La Quaira"sı olub. İrriberi 2016-cı ildə Portuqaliyanın "Boavişta" klubunda çıxış edib və 15 oyuna 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti