22 yaşlı gəncdən AVROPA REKORDU

12:00 15 Fevral 2019

İsveçrəli atlet Julien Vanders yarımmarafon yarışında yeni Avropa rekordu müəyyənləşdirib.

 

Sportarena.az Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, 22 yaşlı atlet Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarımmarafon yarışında 59 dəqiqə 13 saniyə nəticə ilə qalib gəlib. O, bu nəticə ilə britaniyalı Mo Faraha məxsus əvvəlki rekordu (59 dəqiqə 32 saniyə) yeniləyib.

 

Julien Vanders yarışda keniyalı Stefan Kiprop (58:42) və efiopiyalı idmançılar Abadi Hadis (58:44) və Fikad Haftudan (59:08) sonra dördüncü pillədə qərarlaşsa da onun nəticəsi Avropa rekordu olub. Atlet bu barədə deyib: “Yeganə çatışmayan cəhət mənim dördüncü yeri tutmağım oldu. Mükafatçılar kürsüsündə yer almasam da, bu göstəriciyə görə çox şadam”.

 

Julien Vanders İsveçrə çempionatlarında üç dəfə qızıl medala layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti